Rəqqasələr bu dəfə müğənnilərlə yarışacaq

Tanınmış Rəqqasə Fatimə ilə duet ortağı rəqqas İlham Kərimli analoqu olmayan bir layihəyə imza atacaqlar. Rəqqaslar bu dəfə səhnədə müğənnilərlə yarışacaqlar. Yəqin maraqlıdır ki, rəqqaslarla müğənnilərin yarışı necə baş tuta bilər?


Analoqu olmayan konsert layihəsində hər iki sənətçinin səhnədə tərəf müqabili müğənnilər olacaq. Beləki, səhnəyə çıxarkən rəqqaslar müğənnilərlə yarışacaq. Şou biznesin tanınmışları arasında yaxşı rəqs etdiyini iddia edən müğənnilər peşəkar rəqqaslar səhnədə oynacaqlar.


Fatimənin dediyinə görə, artıq bir neçə sənətçi ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

Rəqqaslarla səhnədə müğənnilərdən Ramal, Emil Bədəlov, Rüfət Axundov, Elza Seyidcahan, Sevda Yəhyayeva, Gülay Qədirova, Kərim oynayacaq. Fatimə onu da bildirdi ki, bir neçə gündən sonra artıq konsertin məşqləri başlaycaq. Şou biznes aləmində rəqsləri ilə olay yaradacaq tanınmışlar həmin gün bacarıqlarını necə nümayiş edəcəklər, bax bunu konsertdən sonra deyə bilərik.


Bütün xəbərlər Facebook səhifəmizdə