....Alla Puqaçova Solneçnoqorskdakı mülkünü 225 milyon rubla satmaq fikrindən daşınıb. Müğənni qiyməti endirməkdən, evinin təmiri ilə bağlı tənqidlərə qulaq asmaqdan yorulub. İndi o, mülkü ayda 700 minə icarəyə verməyi planlaşdırır.
SİA xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Mash-a görə, Alla Borisovnanın ailəsi bu qərarı bir neçə ay əvvəl verib. Qiymətin getdikcə 5-10 milyon aşağı düşməsi ev sahiblərinin xoşuna gəlmirdi. İndi əmlak icarəyə veriləcək. Onun ərazisində kaminli ev, bar, bilyard və lift, estakadalı özəl sahil xətti, idman və uşaq meydançaları, özəl kinoteatr və istirahət zonası var.
Bundan əvvəl Anna Puqaçovanın övladlarının xaricdə təhsili üçün 4,5 milyon rubl ödədiyi bildirilirdi.
Harri və Liza Kiprdə məktəbə gedirlər, bundan sonra onlar xarici universitetlərə qəbul üçün lazım olan sertifikatları alacaqlar.
Alla Puqaçovanın Kiprdə 350 milyon rubl dəyərində malikanədə yaşadığını da yazmışdıq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə