Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib. SİA xəbər verir ki, bu haqda "TikTok" platformasında xəbərlər yayılıb. Sözügedən şəbəkədə canlı yayım açan Rəqsanə izləyicilərin ona ünvanladığı "boşanmısınız?" sualına qeyri-adi cavab verib: "Bu haqda mənə sual verməyin, xahiş edirəm. Çünki cavab verməyəcəyəm. Zamanla hər şeyi danışacam. Zamanında qazanı açanda yeməyi ilk olaraq bir adam var idi ki, ona verərdim. İndi o adam da yoxdur, yeməyi ilk uşaqlarıma verirəm".

Qeyd edək ki, Rəqsanənin illərdir Moskvada yaşadığı evdən yeni evə köçməsi, və həyat yoldaşı ilə yan-yana görünməməsi iddiaları gücləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə