Türkiyəli aktyor Can Yaman yeni münasibətə başlayıb. SİA xəbər verir ki, aktyor sevgilisi Sara Bluma ilə ilk dəfə "Global Series" festivalında əl-ələ görüntülənib. O, sevgilisi ilə diqqətçəkən pozalar verib. Cütlüyün görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yaraşıqlı aktyor festivalda "Sandokan" serialının tanıtımında iştirak edəcək.
Qeyd edək ki, Can Yaman uzun müddətdir xaricdə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə