Murad Arif üçüncü solo konsertə hazırlaşır

Hitmaker Murad Arifin Heydər Əliyev Sarayında üçüncü solo konserti baş tutacaq. SİA xəbər verir ki, "3:0" adlanan gecə sentyabrın 30-u keçiriləcək. Sənətçi hit mahnıları, sevilən duetlərini ifa edərək yeni bir şouya imza atacaq. "Heydər Əliyev Sarayında Murad Arifin ÜÇÜNCÜ solo-konserti baş tutacaq! Şahidlər yaxşı bilir ki, Murad Arif konsertləri necə böyük şou və musiqi hadisəsidir... Bu dəfə konsert "3:0" adlanır! Bu üçqat qələbə, üçqat həzz və üçqat enerji partlayışıdır! 30 Sentyabr! Bu tarixi qeyd edin”-, deyə hitmaker bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə