Dünyaca məşhur fransız sənətçi Lara Fabianın İstanbul konsertində halı pisləşib. SİA xəbər verir ki, mahnı ifa edərkən qəfildən özünü pis hiss edən müğənni çətinliklə də özünü kulisə çatdırıb. Səhhətində problem yaranan sənətçi konsertə qısa fasilə verib. O, daha sonra köməkçilərinin dəstəyi ilə səhnəyə qayıdıb. Lara Fabian həyatında ilk dəfə belə bir hal yaşadığını açıqlayıb. Sənətçi mahnılarını oturaq vəziyyətdə ifa edərək konserti davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə