...Türkiyəli aktyor Erkan Kolçak Köstendil Gürcüstan təmsilçiləri ilə futbol oynayarkən zədələnib.
SİA-nın məlumatına görə, MK.RU xəbər verir ki, bədii futbol matçı Moskvanın "Oktyabr" stadionunda keçirilir. Türkiyə və Gürcüstandan olan komandalara aktyorlar, musiqiçilər, aparıcılar daxil edilib.
Komandalar 1/4 finala çıxmaq üçün mübarizə aparır. Top aktyorun ayağına dəyib, o, yıxılıb və dərhal ayağa qalxa bilməyib.
Həkimlərin müayinəsindən sonra Erkan Kolçak Köstendil buna baxmayaraq, oynamağa davam etmək qərarına gəlib. Görüşdən sonra türkiyəli ulduzun müayinədən keçəcəyi dəqiqləşib.
Nəşr hadisənin nəticələrini əks etdirən videonu dərc edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə