Rusiyanın Xalq artisti Valeri Meladze Bakıya gəlib. SİA xəbər verir ki, o, paytaxtdakı məclislərdən birində iştirak edib. Qeyd edək ki, 2023-cü ildə Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal layihənin rəhbəri Vitali Borodin 59 yaşlı müğənninin “xarici agent”lər siyahısına daxil edilməsi tələbi ilə Baş prokurora müraciət etmişdi. Buna səbəb Meladzenin bu yaxınlarda Dubayda bir tədbir zamanı “Qəhrəmanlara eşq olsun!” deməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə