Orbakaitenin Rusiyada 350 min rubl vergi borcu var...

Müğənni Kristina Orbakaitenin Federal Vergi Xidmətinə (FTS) borcu olduğu məlum olub.

SİA-nın məlumatına görə, bu barədə Shot Telegram kanalı bildirib.

Mənbənin sözlərinə görə, aktiv fərdi sahibkarlıqla məşğul olan və çoxlu dəbdəbəli daşınmaz əmlakı olan sənətçinin vergi orqanlarına 350 min rubl borcu var.

Bundan əvvəl Kristina Orbakaite Tallinndə konserti zamanı estonlara sevgisini etiraf etmişdi.

Müğənni mayın 25-də, 54-cü ad günündə Estoniyada çıxış edib. Sənətçi konsertə yerli tamaşaçılar üçün nə qədər darıxdığına dair monoloqla başlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə