Türk seriallarının ulduzu Erkan Kolçak Moskvada başlayan Beynəlxalq Futbol və Musiqi Festivalı "Art-Futbol"un oyunları arasında fasilə zamanı rus uşaqlarla meydanda futbol oynayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, aktyor bir nömrəli qapıçı formasında gənc futbolçularla birlikdə top qovub.
Qeyd edək ki, Kolçak "Çukur", "Möhtəşəm əsr. Kesem imperiyası, mərhəmət və toqquşma" seriallarında oynadığı rollarla məşhurlaşıb.
...Və Yeri gəlmişkən, iyunun 7-dən 15-dək paytaxtda “Art-futbol” beynəlxalq futbol və musiqi festivalı keçirilir.Bu il Moskvaya aşağıdakı bədii kollektivlər gəlib: Azərbaycan, Argentina, Belarus, Macarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Paraqvay, Peru, Rusiya, Serbiya, Türkiyə, Cənubi Koreya, Yaponiya və “İnter” komandası...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə