İkardi sevgilisi ilə İbizadan qaynar fotolar paylaşdı

"Qalatasaray"ın ulduzu Mauro İkardi və sevgilisi Çina Suares İbiza adasına romantik səfərə çıxıblar. SİA xəbər verir ki, argentinalı futbolçu səfərdən fotoları "İnstagram" səhifəsində paylaşıb. İkardi cütlüyün dəniz sahilində dincələn, günəşdən və təbiətin gözəlliyindən həzz alan fotolarını yayımlayıb. Cütlük tamamilə xoşbəxt və bir-birinə aşiq şəkildə görünüblər.

Çinanın gözəl bədəni izləyicilərin böyük marağına səbəb olub. Onlar bir-birini öpüşlərə qərq ediblər. Bəzi fotolar o qədər qaynar olub ki, "İnstagram" onlara senzura tətbiq edib. Qeyd edək ki, Mauro İkardi dizinin çarpaz bağlarının yırtılması səbəbindən keçən ilin noyabrından bəri yaşıl meydanlardan uzaq düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə