“King of the Hill” cizgi serialında Con Redkornu səsləndirən amerikalı aktyor Conatan Coss Texasın San Antonio şəhərində güllələnərək öldürülüb. SİA xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb. Portalın məlumatına görə, Conatan Cossun qonşusu Siqfredo Alvarez-Seqa mübahisə zəminində onu öldürüb. Cinayətdən sonra o, avtomobillə hadisə yerini tərk edib. Qeyd edək ki, Cossun 59 yaşı var idi. O, “True Grit” və “The Magnificent Seven” filmlərində, həmçinin “Tulsa King” və “Ray Donovan” seriallarında rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə