Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb

"Mən Kərimdə olan avazı bu günə qədər heç bir meyxanaçıda görməmişəm". SİA xəbər verir ki, bunu "Afaqla 10lar" verilişində meyxana ustadı Ağamirzə Məmmədov deyib. O, uzun zamandır yataq xəstəsi olan həmkarı Kərimin son vəziyyətini də açıqlayıb: "Mən fəxr edirəm ki, Kərim kimi bir insan ilə neçə illər çiyin-çiyinə bu sənət meydanında olmuşam. Birlikdə çox meyxanalar demişik. İndi isə yataqda qalıb, yalnız uzanıqlı vəziyyətdədir. Oturta, dura, gəzə, demək olar ki, danışa da bilmir. Yanında danışdıqlarımızı da yaxşı başa düşmür. Ümidimiz yalnız Allaha qalıb. Hər dəfə yanına gedəndə deyirəm Kərim gəlmişəm, 10-15 dəfə deyəndən sonra bəlkə başa düşər. Allah bütün xəstələrə şəfa versin".

Bütün xəbərlər Facebook səhifəmizdə