...Ötən gün müğənni Kristina Orbakaite Vilnüsdə yaşayan 80 yaşlı atası Mikolos Orbakası ziyarət edib. Ata və qız bir neçə il idi ki, bir-birini görmürmüşlər.
Qeyd edək ki, Kristina Orbakaite Litvada çıxış etməyi planlaşdırır.
SİA-nın məlumatına görə, bunabaxmayaraq, bir gün əvvəl o, konsertdən əvvəl atası Mikolos Orbakası görmək üçün Vilnüsə gəlib.
Bu, ata və qızın bir neçə ildən sonra ilk görüşüdür.
Xatırladaq ki, Kristina atasının yubileyinə belə gəlməmişdi, sadəcə onu sosial şəbəkədə təbrik etmişdi.
Yada salaq ki, Latviya hakimiyyəti Kristina Orbakaitenin ölkəyə girişinə qadağa qoyub.
Bu, onun Krımda çıxışları ilə bağlı “təbliğat tədbirləri”ndə iştirakı ilə izah edilibb.
Orbakaite qadağanın aradan qaldırılmasını məhkəmədə tələb etmək niyyətində olduğunu açıqlayıb.
...Bundan əvvəl Kristina Orbakaite Alla Puqaçova ilə görüşmək üçün Kiprə gedib. Puqaçovanın çeçen nəvəsinin nənəsinə iki dəfə necə dərs “öyrətdiyi” də məlum olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə