...Yadınızda olar, o vaxt Stalinin gözəl bir deyimi vardı,.. oğul (guya) ataya görə məsuliyyət daşımır, amma...
...Və indi rusların iddiasına görə, əgər müğənni Alla Puqaçova komediya ustası Maksim Qalkinlə birgə yaşayırsa,..deməli, o, xarici agent kimi tanınmalıdır.
SİA xəbər verir ki, News.ru-nun məlumatına görə, bunu Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin deyib.
...İctimai fəal sənətçinin qanunla müəyyən edilmiş meyarlara cavab verdiyini vurğulayıb: əri xarici agentdir və xaricdən pul almağa davam edir.
Borodin vurğulayıb ki, qurum hüquq-mühafizə orqanlarına müraciətlərində bunu dəfələrlə qeyd edib.
Puqaçovanın rəsmi olaraq xarici agentlərin reyestrinə daxil edilməsi üçün onun maliyyə əməliyyatlarının təhlili və vergi orqanlarına sorğular daxil olmaqla tam hüquqlu yoxlama tələb olunur.
...Göründüyü kimi, nazir müavininin masası Puqaçovanın xarici agentlərin reyestrinə daxil edilməsi üçün bütün sübut və məlumatlarla təmin olunmayıb. Bu o deməkdir ki, haradasa kimsə nəyisə düzgün etməyib. Buna uyğun olaraq, bu gün belə bir xaos baş verir...
Bunu Borodin “xırdalayıb”.
...Ədliyyə nazirinin müavini Oleq Sviridenko bir müddət əvvəl bildirmişdi ki, departament aparıcı İvan Urqantın xarici agentlər siyahısına salınması üçün heç bir əsas görmür. Onun sözlərinə görə, indiyədək onlar tərəfindən heç bir qanun pozuntusu olmayıb.
Səssiz,.. birdən Borodin bunu da eşidər aaaaa...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə