Rusiya xalq artisti Filipp Kirkorovun yanıq xəsarəti ilə bağlı müalicəsi əvvəlcədən planlaşdırıldığından daha çox vaxt apara bilər. Bu səbəbdən məşhur müğənni bəstəkar Davit Tuxmanovun 85 illiyinə həsr olunmuş konsertdə iştirak edə bilməyib. SİA-nın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Kirkorovun nümayəndəsi Yekaterina Uspenskaya məlumat verib. "Hazırda müalicə intensiv şəkildə davam edir. Lakin görünür, bərpa müddəti əvvəl düşündüyümüzdən daha uzun çəkəcək", - deyə o bildirib. Uspenskaya qeyd edib ki, Kirkorovun səhnəyə çıxmamasına səbəb məhz aprel ayında Sankt-Peterburqda verdiyi konsert zamanı aldığı yanıq xəsarətidir. O, həmçinin mediaya müraciət edərək, yayılan şayiələrə inanmamağa və müğənniyə "qeyri-rəsmi diaqnozlar" qoymamağa çağırıb.
Qeyd edək ki, daha əvvəl də bildirildiyi kimi, sənətçi hazırda həkimlərin nəzarəti altında planlı müalicə prosedurlarından keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə