Müğənni Nadir Qafarzadə bu gün qonaq olduğu "Xəzər axşamı" verilişini əsəbiləşərək tərk edib. SİA xəbər verir ki, sənətçi reklam fasiləsi zamanı proqramdan ayrılıb. Aparıcı Mətanət Əliverdiyeva isə bunun səbəbini belə izah edib: "Nadir bir az əsəbi idi. Ümumiyyətlə özündən tez çıxır və tez də sakitləşir. Həyatda mənim kimi əsəbi insan yoxdur, sən məndən də betər imişsən. Nadirə bir zəng gəldi və əsəbiləşdi. Ona görə dedik ki, çıx. Həyata bir dəfə gəlirik, vallah, kiməsə və ya nəyəsə görə əsəbiləşməyə dəyməz".
Bütün xəbərlər Facebook səhifəmizdə