Elmar Məmmədyarov ermənistanlı həmkarı Edvard Nalbandyanla Nyu-Yorkda görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşəcək. SİA-nın "Regnum" saytına istinadən verdiyi xəbərə görə, görüş BMT Baş Assambleyasının 65-ci sessiyasında baş tutacaq. Elmar Məmmədyarov həmçinin Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşününün keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, artıq Azərbaycanın xarici işlər naziri Birləşmiş Ştatlara səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə