“VIII qurultaydan sonra yeni uğurlar əldə olunacaq” - Zərifə Quliyeva

“VIII qurultaydan sonra yeni uğurlar əldə olunacaq” - Zərifə Quliyeva

Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb və Azərbaycanın müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb.

Bu sözləri Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva SİA-ya açıqlamasında deyib.

O bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına səbəb olub.

Zərifə Quliyeva qeyd edib ki, YAP-ın VIII qurultayında VII qurultaydan ötən dövr ərzində görülmüş genişmiqyaslı işlərin və həyata keçirilmiş layihələrin nəticələri bir daha diqqətə çatdırılıb. Onun sözlərinə görə, VIII qurultaydan sonra da qarşıya qoyulan məqsədlər istiqamətində mühüm addımlar atılacaq və yeni uğurlar əldə olunacaq.

Veteranlar Şurasının üzvü Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunmasını ölkə tarixində mühüm mərhələ kimi qiymətləndirib. O bildirib ki, bu prosesdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının birliyi mühüm rol oynayıb.

“Bu gün Azərbaycan xalqı öz dövlətinin ətrafında sıx birləşib və Yeni Azərbaycan Partiyası da ölkənin ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir”, – deyə Zərifə Quliyeva vurğulayıb.

O, Yeni Azərbaycan Partiyasına qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə