İtlər evdə ən çox neçə saat tək buraxılmalıdır?

Məlumdur ki, heyvan sahibləri evcil heyvanlarını tək buraxmaqdan xoşbəxt deyillər. Bununla belə, bəzən iş və ya digər səbəblərdən itlərimizi evdə buraxmalı oluruq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, itlər 4 saatdan çox tək qalmamalıdır. Əgər çox mühüm bir işiniz olarsa, itləri evdə 5-6 saatdan çox tək buraxmaq olmaz. İtinizin tək qalması onun ehtiyaclarından asılı olaraq dəyişə bilər. İtinizin cinsi, yaşı, boyu, gündəlik rutini, davranışı və sağlamlığı onun evdə nə qədər tək qala biləcəyini müəyyənləşdirir. Avstraliyada Çoban və ya Xaski kimi cinslər çox hərəkətli olduqları üçün tək qaldıqları zaman cansıxıntısından evi dağıda bilərlər. Enerjili it cinslərinin evdə maksimum 2 saat tək qalmaları idealdır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə