Məktəbli evdəki seyfdən götürdüyü pulları fırıldaqçılara köndərib...

...Fırıldaqçılar Yekaterinburqdan olan 12 yaşlı oğlanı onun xoşuna gələn məktəbli kimi göstərərək aldadıblar.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə E1 ​​məlumat yayıb.

Sosial şəbəkələrdə uşaq bəyəndiyi, profilini tanışlıq icmalarından birində tapdığı bir qıza yazıb.

Bir müddət ünsiyyətdən sonra "məktəbli qız" hərbi geyimli bir kişi ilə video göndərib, qalan mesajlar və hesab silinib.

Daha sonra oğlanla “Federal Təhlükəsizlik Xiidməti əməkdaşı”, sonra isə “vergi xidmətinin əməkdaşı” əlaqə saxlayıb.

Naməlum şəxslər zərərçəkmişi valideynlərinin guya “düşmən dövlətini” maliyyələşdirə biləcəyinə inandırıb və mənzildə saxlanılan pulun yoxlanılmasını tələb ediblər.

Uşaq atasının seyfinin açarını harda gizlətdiyini bilirmiş. Evdə heç kimin olmadığı bir vaxtda pulları götürən məktəbli onu dələduzların hesablarına köçürüb.

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə