...Yerin bağırsaqlarında baş verən müəyyən anomal proseslər gələcəkdə onun mövcudluğu üçün potensial təhlükə yaradır.
SİA-nın məlumatına görə, bunu Harvard Universitetinin fiziki Allen Eqon Çolakyan deyib.
Əslində bunu neçə illərdir deyən fizik, bəşəriyyətin idarə etməsi çətin olan dərin planet dəyişikliklərinə işarə edir. Xüsusilə, Yerin nüvəsinin fırlanmasının qeyri-sabitliyi qeydə alınıb ki, bu da planetin maqnit sahəsinin təhrif olunmasına gətirib çıxarır və maqmanın hərəkətinə təsir göstərir. Bu da öz növbəsində zəlzələ və vulkan püskürmə riskini artırır.
...Earth Save Science Collaborative (ESSC) jurnalının məlumatına görə, vəziyyətin pisləşməsi okeanların istilik keçiriciliyinin azalmasına və nəticədə planetin həddindən artıq istiləşməsinə səbəb olacaq.
Son nəticədə Yerin təbii sistemlərinin sinxronizasiyasının pozulması qaçılmaz olaraq onun özünü məhv etməsinə gətirib çıxaracaq.
Bir sıra elm adamları günün uzunluğunun artmasını planetin fırlanma sürətinin yavaşlaması ilə əlaqələndirirlər ki, bu da həyəcan siqnalı kimi qəbul edilir.
...Tasmaniya Universitetinin (Avstraliya) tədqiqatçılarının fikrincə, bu fenomen 2020-ci ildən müşahidə edilir, lakin onun dəqiq səbəbini müəyyənləşdirmək hələ mümkün deyil. Bunun buzlaqların əriməsi və ya hazırda planetdə baş verən digər irimiqyaslı təbii fəlakətlərlə bağlı ola biləcəyi güman edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə