...Bu ərazinin sahəsi 4800 kvadrat kilometrdir və havanın temperaturu bəzən -50 dərəcəyə enir. Dünyanın ən ucqar və əlverişsiz yerlərindən birində, Antarktidadakı MakMurdo quru vadilərində iki milyon ildir yağış yağmır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, buna səbəb güclü qasırğa küləkləridir ki, bu da suyu buxarlandıraraq onun səthə çıxmasına mane olur.
Nəticə incə çatlarla örtülmüş soyuq, çılpaq torpaqdır. Elm adamları bu bölgədə 150 min ildən artıqdır ki, əbədi donun mövcud olduğunu və onu planetdə unikal bir yerə çevirdiyinə inanırlar.
Bu ərazinin ümumi sahəsi 4800 kvadrat kilometrdir və havanın temperaturu bəzən -50 dərəcəyə çatır.
320 km/saata çatan güclü küləklər vəziyyəti daha da pisləşdirir, nəmin yerə çatmasının qarşısını alır.
MacMurdo quru vadilərində nə bitki, nə də canlı var. Bu yer okeanları və yaşıl qitələri olan Yerdən daha çox Marsın və ya başqa bir insan yaşamayan planetin cansız səthinə bənzəyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə