ABŞ alimləri yaradılışın Bibliya versiyasını təsdiqlədilər…

İki nüfuzlu və təsirli fizik, Paolo Bassani və Joay Maqueyxo, dünyanın yaradılmasının bibliya versiyasını təsdiqləyiblər. SİA-nın məlumatına görə, onlar araşdırmaları barədə Kornel Universitetinin (Nyu-York, ABŞ) saytında dərc edilmiş “Kainatı necə yaratmalı” başlıqlı məqalədə yazıblar.

Mütəxəssislər bildirirlər ki, Yer planeti və bütövlükdə Kainat məhz “İncil”də yazıldığı kimi yaranıb. Bassani və Maqueyxo bunu riyazi dildən istifadə edərək sübut etdiklərini iddia edirlər.

Alimlər öz hesablamalarında riyaziyyatçı Andrey Markovun hazırladığı mexanizm əsasında hesablamalar aparıblar. Tədqiqatları araşdıran fiziklər bu qənaətə gəliblər ki, Kainat qədim kitabda təsvir olunduğu kimi xaosdan yaranıb. Məqalədə deyilir ki, bu şəkil sabit maddə, dəyişməz işıq sürəti və tanış cazibə qüvvəsi olan nizamlı dünyanın mənzərəsini çəkir.

Bassani və Maqueyxo Əhdi-Ətiqdəki uyğunsuzluqlardan da danışdılar. Onlar qeyd ediblər ki, əgər “İncil”də Allah əzaları olan antropomorf varlıq kimi görünürsə, Kainat çərçivəsində onu bütün qlobal prosesləri müəyyən edən vibrasiya və enerji simbiozu kimi təsvir etmək olar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə