…Leypsiq Universiteti (Almaniya) və Northumbria Universitetindən (Böyük Britaniya) beynəlxalq alimlər qrupu meyvə milçəklərinin (Drosophila melanogaster) karusel sürməkdən həzz aldığını aşkar ediblər.
Əvvəllər bu davranış yalnız onurğalılar üçün xarakterik hesab olunurdu.
SİA-nın məlumatına görə, tədqiqat Current Biology (CurBio) elmi jurnalında dərc olunub.
Təcrübədə komanda fırlanan karuselləri olan şüşə günbəzdə 190 milçək yerləşdirib və 3-14 gün ərzində onların davranışlarını müşahidə edib.
Xüsusi proqram milçəklərin hərəkətini avtomatik izləyib. Məlum olub ki, bəzi milçəklər məqsədyönlü davranış nümayiş etdirərək fəal şəkildə və dəfələrlə karusellərə baş çəkiblər.
…Yalxanma və ya dönmə kimi könüllü hərəkətləri ehtiva edən oyun davranışı indi ilk dəfə böcəklərdə sənədləşdirilmişdir. Kəşf bizə insanların özünüdərketmə və bədənlərinə nəzarəti necə inkişaf etdirdiyini anlamağa kömək edə bilər.
Bunu tədqiqata rəhbərlik edən professor Volf Hütterot bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə