Bədəninin üç yerində Putinin əksini döydürən artist Rusiyadan qaçıb

Ukrayna xaini “rus dünyası”nı bəyənməyib..?

...Bədəninin üç yerində Putinin portretlərini döydürüb...əbədi hək etdirən Xersonlu balet artisti Sergey Polunin indi Rusiya Federasiyasını tərk edir.

SİA Dialoq.UA-a istinadən xəbər verir ki, Polunin bədənində şəkillər çəkdirməsinə baxmayaraq, əslində o, “rus dünyası”nı sevmirmiş.

Deyilənlərə görə, Ukrayna xaini kimi tanınan balet artisti artıq dekabrın 16-da ölkəni tərk etdiyini açıqlayıb.

Maraqlıdır ki, Polunin gedərkən “ruhunun yerində olmadığından” şikayətlənib.

...Ruh olması lazım olan yerdə hiss etmir. Mənim Rusiyada vaxtım çoxdan başa çatıb.

Bunu artıstə istinadən Dialoq.UA əməşdaşı yazıb.

Qeyd edilməlidir ki, o, hara köçməyi planlaşdırdığını söyləməkdən imtina edib.

Amma o məlumdur ki, artıst daha Ukraynaya qayıtmayacaq. Onun Serbiya vətəndaşlığı olduğu da sonradan məlum olub. …Xersonda anadan olan və Kiyevdə təhsil alan 35 yaşlı Sergey Polunin 2012-ci ilə qədər Britaniya Kral Baletinin aparıcı solisti olub. Rəqqas 2018-ci ildə Rusiya vətəndaşlığı aldığı Krımın və Donbasın Rusiya tərəfindən işğalını açıq şəkildə dəstək verib.

Hətta dəstəyinin əlaməti olaraq sinəsinə Putinin üç döyməsini də etdirib. Lakin onun karyerası uğursuz olub: bir həftə əvvəl Polunin Sevastopol Opera və Balet Teatrının rəhbəri vəzifəsindən azad edilib və bundan əvvəl Sevastopol Balet Akademiyasının rektoru vəzifəsini də itirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə