Meksika millisinin baş məşqçisi Xavyer Aqirre KONKAKAF Millətlər Liqasının 1/4 finalında Hondurasla matçdan sonra başını pivə qutusu ilə əziblər.
Hadisənin videosunu Arsen Versen Telegram kanalı yayıb. Hondurasda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aqirre matçdan sonra rəqib məşqçini qarşılamağa gedəndə azarkeşlər ona yad əşyalar atıblar.
Pivə mütəxəssisin başına dəyib və qan axmağa başlayıb. Aqirre kömək alıb.
65 yaşlı Aquirre mətbuat konfransında "Bu futboldur, başqa bir şey haqqında danışmağın mənası yoxdur, çünki mən şikayətçi deyiləm"-deyə bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə