Gözaltı qaralması nədir? - VACİB MƏLUMAT

Göz və burun axıntısı ilə birlikdə damarlarda toplaşan qan, damarların genişliyini artıraraq gözaltı bölgədə göy görüntünün yaranmasına səbəb olur. SİA xəbər verir ki, qeyri-sağlam qidalanan insanlar da bundan əziyyət çəkə bilərlər.

Çox zaman gözaltı kölgələr xroniki patologiyalar: qaraciyər, böyrəküstü vəzi və ürək çatışmazlığı, xolesistit, öd daşı xəstəliyi, helmintoz, lyamblioz, anemiya, hipotireoz, sinir sisteminin xəstəlikləri zamanı müşahidə edilir.

Burun axıntısı

Burun tıxanıqlığı zamanı göz qapağı ilə burun arasında olan qan damarlarında şişmə olaraq gözaltı göylərin daha da görünür hala gəlməsinə səbəb olur. Burnunuzda çəpər əyriliyi, ya da artıq ət problemində də bu damarlar şişər və gözaltı qaralma olar. Susuz qaldığımız zamanlarda damarlarımız genişlənərək daha çox görünür. Spirtli içki və qəhvə çox içdiyimizdə də bədən susuz qalır. Spirti içki və siqaret dərinin oksigenləşməsinə zərər verir.

Siqaret
Damarlarımız da bunun əvəzində genişlənir. Siqaret çəkmək, spirtli içki qəbulu da buna şərait yaradır. Siqaret qandakı oksigen miqdarını azaltdığından gözaltı göyərmələr meydana çıxır.

Vitamin əskikliyi və yetərsiz qidalanma
Özəlliklə B, C, K, E vitamin əskikliyi gözaltı halqalara səbəb olur. Böyrəküstü vəzimiz sağlam çalışmazsa, qəhvə, spirtli içki və şəkəri çox qəbul etsək, vitamin qəbulu pozularsa, dərimizdə şişmə olur və tünd halqalar daha çox görünür. Qidaların tərkibində olan sulfid (məsələn, şərabda var) dəridə şişkinlik yaradır və yenə gözaltı qaralmalara səbəb olur. Duz miqdarını da azaltmalısız.

Hormonlar
Özəlliklə qadınlarda menstruasiya, hamiləlik zamanı qansızlıq yaşanr və bu zaman damarlar genişlənir, gözaltı qaralar daha çox görünür.

Yuxusuzluq
Həm gözaltı qaraya səbəb olur, həm də artmasına. Yuxusuzluq zamanı stres və sağlamlıq problemləri yaşanır. Dərimiz daha yaşlı və solğun görünür. Kosmetik allergiya zamanı gözünüz qıcıqlanır və siz də qarşılığında gözlərinizi qaşıyırsız. Göz qapağı dərisi nazik olduğundan altında incə damarlara zərər verir, göz qapaqlarında şişmə və ləkələrə səbəb ola bilir. Melonin, ya da piqment ifraz edən hüceyrəyə təsir edir və nəticədə daha çox rəng maddəsi ifraz edir və gözaltı qaralma yaşanır.

Gözaltı kölgə problemini dekorativ kosmetika ilə gizlətməklə problem həll olunmur, əksinə, qüsur daha da dərinləşir. Gözaltı kölgələri aradan qaldırmaq üçün, ilk növbədə ,onun səbəbini aydınlaşdırmaq lazımdır. Korreksiya, makiyaj gözaltı nahiyənin dərisinin vəziyyətini yaxşılaşdırmadıqda həkimə müraciət etmək lazımdır.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə