Saç tökülməsinin səbəbləri NƏLƏRDİR? - FAKTLAR

Hər saç telinin müəyyən yaşama müddəti vardır. Saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. SİA xəbər verir ki, baş dərimizdə təxminən 100 min ədəd saç teli vardır. Belə ki, adətən, saç tökülməsi 2 ay davam edir və dayanır. Əvvəlcə bu vəziYyətin nə qədər ciddi olub-olmadığını dəqiqləşdirməliyik. Gün ərzində 70-120 saç teli tökülürsə, bu zaman bu hal problem sayılmır, çünki hər bir insanda gün ərzində maksimum 120 saç teli tökülüb yerinə yenisi inkişaf edir. Adətən, saç tökülməsi 2 ay davam edir və dayanır. Əgər bu müddət uzanırsa başqa problemlərin xəbərçisi ola bilər.

Saç tökülməsi bir çox səbəbdən ola bilər.

Pis qidalanma
Bildiyimiz kimi, saç canlı bir orqandır və onun da qidalanması lazımdır. Tarazlı və düzgün qidalanmamaq, uzun müddətli ac qalmaq, tək növ qidalanma və karbohidratla zəngin qidalanma saçlara təsir edərək onların tökülməsinə səbəb ola bilər. Müalicəsi qidalanmanı düzəldərək mümkündür.

Hormonal problemlər
Əgər şəxsdə hormonal problemlər varsa, aybaşı gecikmələri, ya da düzənsizliyi, tüklənmənin artması, həddindən çox sızanaq, çəki almada sürətlənmə kimi əlamətlər varsa bunlara saç tökülməsi də qoşulubsa, bu zaman hormonal saç tökülməsindən söhbət gedir.

Dəri problemləri
Dəri və digər daxili xəstəliklər də saç tökülməsinə səbəb ola bilər. Dəri səbəbindən rast gəlinən saç tökülmələrinin əsas səbəbi, adətən, dəridə olan xəstəliklər səbəbindən saç dərisinin zədələnməsidir. Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər də saç tökülməsini artıran səbəblərdir. Bu tökülmələrin müalicəsi altda yatan səbəblərin müalicəsi ilə mümkündür.

Genetik faktorlar
Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50%-dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər. Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda xüsusi ilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər.

Bütün bunlardan başqa, saç tökülməsinin iki xüsusi səbəbi var. Biri doğuşdan 2-3 ay sonra başlayan doğuşdan sonrakı tökülmələrdir. Hamiləlik dövründə tökülməsi lazım olan, ancaq tökülməyən saçların ani tökülməsindən qaynaqlanır. Bir mütəxəssisin nəzarəti altında ediləcək əlavələr bu mövzuda narahatlığın aradan qaldırılmasına kömək edir. Digəri kemoterapiya alan xəstələrdə saç tökülməsidir. Son illərdə daha müasir dərmanların istifadəsi ilə bu tökülmələr daha az yayqındır, lakin müalicə başa çatdıqda öz-özünə sağalmağa meylli bir vəziyyətdir.

Kosmetik təsirlər
Artan kosmetik vərdişlər mexaniki, kimyəvi və fiziki saç tökülməsinə səbəb olan digər amillərdir. Başqa sözlə, saçları möhkəm bağlamaq, daxili başlıqlar, həddindən artıq istiyə məruz qalan qurutma prosesləri, saçları yüngülləşdirmək üçün istifadə olunan boyalar, işıqlandırıcılar, düzləşdirmə üsulları saçları kənardan zədələyərək saç tökülməsinə səbəb olur. Bu vəziyyətdə yeganə müalicə saçların bu tətbiqlərə məruz qalmamasını təmin etməkdir. Saç üçün lazımi möhkəmləndirmə və qulluq proseslərinin tətbiqi, arzuolunan görünüşün yenidən əldə edilməsini təmin edir.

Stres və depressiya
Həddindən artıq stres hər hansı xəstəlikdə olduğu kimi saç tökülməsinin başqa bir səbəbidir. Depressiya, narahatlıq, psixoz və müalicəsində istifadə edilən dərmanlar saçları təsir edə və tökülməsinə səbəb ola bilər.
Saç, gündəlik həyatda qısa müddətdə bir çox faktordan təsirlənə bilən canlı bir orqandır. Şəxsin həyatında bir şey səhv olarsa, bu məlumatlar işığında, insan əvvəlcə özünü ölçməli və sonra lazım gələrsə bir dermatoloqdan kömək istəməlidir. Çünki bu mövzuda ətrafdan gələn yanlış istiqamətlər və qulaqdandolma məlumatları xəstələrin vaxt itirməsinə səbəb ola bilər. Əsas səbəb varsa, diaqnoz və müalicə gecikdirilə bilər. Bundan əlavə, saç tökülməsinin və saçların uzanmasının qarşısını almaq düşüncəsi ilə şüursuz şəkildə tətbiq olunan maskalar və qarışıqlar saçlara daha çox zərər verərək geri dönməz zərər verə bilər.

Saç tökülməsinin müalicəsi necədir?

İlk növbədə, dermatoloqun müayinəsi ilə saç tökülməsinə səbəb olan faktorlar müəyyən edilir və uyğun müalicə planlanır.

Dərman müalicəsi
Saç tökülməsinin qarşısını alan və mövcud saçları qalınlaşdıran FDA tərəfindən təsdiqlənmiş dərmanlar həkim nəzarəti altında istifadə edilə bilər. Yeni başlayan yüngül və orta dərəcədə saç tökülməsinin qarşısını almaq üçün saçların incəldiyi və zəiflədiyi bölgələrdə dərmanlar faydalı ola bilər. Dərmanların təsiri - saç sayını artırmaq, seyrəlmiş saçları qalınlaşdırmaq və daha da tökülməsinin qarşısını almaq şəklindədir.

Saç mezoterapiyası
Saç mezoterapiyası saç tökülməsində olduqca tez-tez istifadə edilən təsirli bir müalicə üsuludur. Saç mezoterapiyası saçın sağlam böyüməsi və inkişafı üçün zəruri olan vitaminlərin, antioksidantların, mineralların və qan dövranını tənzimləyən maddələrin mikro iynələrlə birbaşa baş dərisinə yeridilməsi prosesini əhatə edir.
Saç mezoterapiyası hər il müalicə vasitəsi kimi tətbiq oluna bilər. Bəzən aylıq dəstək gücləndirmə şəklində davam etdirilə bilər. Bu sayədə saç tökülməsi dayanır və daha güclü yeni saçlar əmələ gəlir. Saç mezoterapiyasının ilk seansından etibarən fərq hiss oluna bilər və saçlar əvvəlki canlı və parlaq görünüşünü bərpa edə bilir.

PRP saç müalicəsi
Saç tökülməsi problemi olan insanların ən yaxşı nəticə aldığı üsul olan PRP proseduru zamanı xəstənin öz qanı alınaraq sentrifuqadan keçirildikdən sonra trombositlərlə zənginləşdirilmiş plazma saç dərisinə yeridilir.

Saç əkimi
Saç əkimi xüsusilə kişi tipi saç tökülməsi olan insanlara tətbiq oluna bilər. Saç əkilməsi bu xəstələr üçün ən qəti və qalıcı müalicədir.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə