2023-cü ildə hər üç sərnişindən biri uçuşların pozulmasından şikayətçi olub.
“Covid-19” pandemiyasından bəri Avropada uçuşların ləğvi və gecikmə nisbətləri xeyli artıb.
Kadr çatışmazlığı, tətillər və digər problemlər keçən il Avropa hava limanlarında çoxsaylı reyslərin ləğvinə və gecikmələrinə səbəb olub.
Sərnişin hüquqları portalı “Airhelp” bildirib: "2023-cü ildə Avropada sərnişin reyslərinin 31,3 faizi gecikib və ya ümumiyyətlə həyata keçirilməyib. 2022-ci ildə bu nisbət 30,6 faiz idi”.
SİA-nın əldə etdiyi məlumata görə, ən çox problem yay aylarında yaşanıb. Gecikmə və ləğvetmə nisbəti iyul ayında 39,1 faizlə pik həddə çatıb.
Uçuşların dayandırılmasından ən çox təsirlənən ölkə Böyük Britaniya olub. Ölkədə sərnişin təyyarələrinin 34,6 faizi gecikib və ya ümumiyyətlə havaya qalxmayıb. Malta hava limanlarında bu nisbət 39,3, Serbiyada isə 38,1 faiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB