Hər ölkənin özünəməxsus yemək mədəniyyəti, süfrə adətləri var. SİA xarici mətbuata istinadən xəbər verir ki , paylaşdıqca artan mədəniyyət keçmişdən gəlir və bu günümüzə istiqamət verir, davranışlarımızı formalaşdırır.
Braziliya
Braziliyada ət restoranına getdiyiniz zaman ofisiantlar ət dilimlərini əllərində tutaraq süfrəyə qoyurlar və müştərilərin masalarında çipslər var. Ofisiant çağırdığınız zaman bir şey istəyirsinizsə, qəbzinizin yaşıl tərəfi sizə baxan stolun üstündə olmalıdır. Başqa bir şey istəmirsinizsə, o, qırmızı istiqamətə baxmalıdır.
Estoniya
Estoniyada yerə düşən çörəyi əvvəlcə öpür, sonra süfrəyə qoyurlar.
Misir
Misirdə yediyiniz yeməklərə duz əlavə etmək aşpaza və yediyiniz yeməyi bişirən digər insanlara qarşı təhqir kimi qəbul edilir.
Meksika
Meksika mədəniyyətində yemək yeyərkən heç vaxt çəngəl və bıçaqlardan istifadə edilmir. Süfrə mədəniyyətinə görə, əllə yeyilməlidir.
Gürcüstan
Gürcüstanın məşhur “Supra” festivalında şərab qədəhləri qaldırıldıqdan sonra bir qurtumda içilməlidir.
Almaniya
Almaniyada hər şey adətən çəngəl-bıçaqla yeyilir, yeganə çörəyi əl ilə yeyirlər.
Tanzaniya
Normalda insanlar dəvətə gedərkən gecikməməyə çalışır. Ancaq Tanzaniyada bu, əksinədir. Dəvət üçün erkən gəlsəniz, ev sahibi bu vəziyyəti bəyənməyəcək və hətta bunu alçaqlıq kimi qəbul edəcək. Dəvət üçün ən azı 20 dəqiqə gec gəlməlisiniz.
Koreya
Koreyada süfrədəki ən yaşlı adam yeməyə başlamazdan əvvəl yemək yemirsiniz. Süfrədə kiçik olan şəxs ilk olaraq böyüklərə servis edir.
İtalia
İtaliyada yemək üçün əlavə pendir istəmək aşpaz üçün təhqir hesab olunur. Bundan əlavə, ketçup və ya mayonez heç vaxt pizzaya qoyulmur və ananaslı pizza kimi yeni nəsil pizza növləri ümumiyyətlə menyularda yoxdur.
Çin
Çində uzun əriştə heç vaxt kəsilmir, çünki uzun əriştə uzun ömrü simvollaşdırır.
Fransa
Fransada yeməyi tez yemək kobudluq hesab olunur. Həmçinin yeməyi boşqabda qoyub qablaşdırılmasını istəmək. O, yeməyi sevmədiyinizi göstərir.
İspanya
İspaniyanın San Sebastian bölgəsində yeməkdən sonra salfeti yerə atmaq o yeməyi çox bəyəndiyiniz deməkdir. Günün sonunda məlum olur ki, yerdə ən çox salfet olan restoranın yeməkləri çox dadlıdır.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB