Türkiyənin ən uzun çayının 10 şəhərdən keçdiyini bilirsinizmi?

Uzunluğu 1355 km olan Qızılırmaq çayı Türkiyənin öz sərhədlərindən başlayan və sərhədləri daxilindəki dənizə tökülən ən uzun çayıdır. Sivas əyaləti sərhədləri daxilində başlayan və Kayseri, Nevşehir, Kırşehir, Kırıkkale, Ankara, Çankırı, Çorum, Sinop və Samsun vilayətlərini suvaran Qızılırmaq çayı Qara dənizə tökülür. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Adını suyunun rəngindən alan Kızılırmaq qədim zamanlardan bəri Anadoluda qurulan bir çox sivilizasiyaya ev sahibliyi edib. Bu səbəbdən də çayın ətrafında tarixin bütün dövrlərinə aid qaya məzarları, qalalar və körpülərə rast gəlmək mümkündür.
Qızılırmaq çayının Qara dənizə töküldüyü ərazidə 56 min hektarlıq delta var. Qızılırmaq deltası Türkiyənin ən əhəmiyyətli bataqlıqlarından biridir. Çox sayda gölə ev sahibliyi edən Qızılırmaq deltası biomüxtəliflik baxımından böyük dəyərə malikdir. 355 bitki növünə ev sahibliyi edən delta, üzərində yaşayan nadir bitki növləri ilə də diqqəti cəlb edir. Ərazidə rast gəlinən bitki növləri arasında nəsli kəsilməkdə olan doqquz növ var. Bu bölgə həmçinin çox sayda quş növünə də ev sahibliyi edir.
Buna görə də bu bölgə quş müşahidəçiləri və fotoqrafları üçün cənnət hesab edilir. Türkiyədə indiyədək müəyyən edilmiş 465 quş növündən 358-i bu deltada müşahidə olunub.
Qızılırmaq çayı ekoloji əhəmiyyətindən əlavə, üzərində qurulan on iki su bəndi və su elektrik stansiyaları sayəsində Türkiyenin enerji istehsalı baxımından da böyük əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə