Perre antik şəhərində 1800 illik otaq-məzar aşkar edilib

Adıyamandakı Perre antik şəhərində aparılan qazıntı işləri zamanı Roma dövrünə aid 1800 illik otaq-məzar aşkar edilib.
Perre antik şəhərində 2001-ci ildə başlayan və fasilələrlə davam edən qazıntılar zamanı bir Roma fəvvarəsi, iri blok daşlar, su kanalları və müxtəlif memarlıq tikililəri gün üzünə çıxarılıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu ilin aprel ayında 76 işçi ilə başlayan qazıntılar zamanı otaq-məzar aşkar edilib.
Muzey direktoru Mehmet Alkan bölgədə qazıntıların davam etdiyini bildirib.
Alkan deyib:"Builki qazıntılar zamanı girişində qapı daşı olan 17 şəxsə aid otaq-məzar aşkar edilib''.

Bütün xəbərlər Facebook səhifəmizdə