5 dəqiqədə hamar saçlara qovuşmanın sirri BƏLLİ OLDU - DİQQƏT!

5 dəqiqədə hamar saçlara qovuşmanın sirri açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəzi saçlar dolaşır və onları hamarlamaq üçün bir neçə məhsul istifadə etmək lazımdır. Əsas da qışda geyinilən paltarlar bu tərz saç tiplərini daha da şişirdir və qıvırcıq saçlılar bu problemdən daha da əziyyət çəkirlər. Qıvırcıq, quru və şişən saçların baxımı çətindir. Bu saç tiplərinin daha çox baxıma ehtiyacı var. Qıvırcıq, quru saçları hamarlaşdıran 3 yağ haqqında məlumat verəcəyik.

1. Kokos yağı
Saçda sehrli təsir yaradan kokos yağı qıvırcıq saçları da hamarlaşdırır və yumşaldır. Kokos yağı saçınıza protein və güc verməyə kömək edən laurik turşusu ilə zəngindir. Bundan başqa saçınızın köklərinə nüfuz edərək qidalandırır. Kokos yağını birbaşa saç dərinizə masaj edərək tətbiq edə və ya saç maskalarınıza əlavə edə bilərsiniz.

2. Avokado yağı
Son illərdə saç üçün istifadə edilən avokado yağı oleik turşusu və doymamış yağlarla zəngindir. Bu yağ saçınıza nüfuz edərək onu nəmləndirir. Eyni zamanda zədələnmiş saçlar üçün də xeyirli yağdır. Avokado yağı ilə saç serumunu birlikdə istifadə etmək saçı yumşaldır və parlaqlıq verir.

3. Zeytun yağı
Təbii ki, saç baxımından danışarkən zeytun yağını unutmaq olmaz. Bu yağ saç dərinizin sağlamlığını qorumağa kömək edən antioksidantlarla zəngindir. Bununla birlikdə zeytun yağı zədələnməni azaldaraq saçları gücləndirir, nəmləndirir. Zeytun yağı ilə saç maskaları edə bilərsiniz. Bu, saçınızı qidalandırıcaq və parlaqlıq verəcək.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə