İmmuniteti ən çox bu qidalar gücləndirir!

İmmuniteti gücləndirən qidalar araşdırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bədəndə iltihabı azaldan və vitamin yaradan qidalar xəstəliklərlə mübarizə apara bilir. Bəs bunlar hansı qidalardır?

1. Sitrus meyvələri

C vitamini baxımından olduqca zəngin olan sitrus meyvələrinə greyfurt, portağal, mandalin, limon aiddir. Bu meyvələr günlük qidalanma proqramına əlavə edilməlidir. Sitrus meyvələrinin qəbulu qrip, soyuqdəymə kimi mövsüm xəstəliklərindən qorunmağa kömək edir.

2. Brokoli

Mineral və A, C, E vitaminləri ilə zəngin olan yaşıl tərəvəzlərdən biri olaraq tanınır. Antioksidant və liflərlə zəngin olan brokoli, demək olar ki, bədənin enerji mənbəyidir.

3. Zəncəfil

Faydaları uzun müddətdir ki, bilinən bitkidir. Soyuqdəymə, öskürək və qrip kimi xəstəliklərə qarşı istifadə edilməlidir. Boğaz ağrısı zamanı da çayını dəmləyib içmək faydalıdır.

4. Qırmızı bibər

Vitaminlərlə zəngin olan qırmızı bibər sitrus meyvələrindən daha çox C vitamininə sahibdir. İçərisindəki beta karoten ilə bədənin ehtiyacı olan müqaviməti dəstəkləyir.

5. Qatıq

Ev şəraitində hazırlanan qatıq daxilindəki aktiv bakteriyalar sayəsində xəstəliklərə qarşı müqaviməti gücləndirir.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə