Atatürkün ölüm xəbərinin bütün dünyada əks-səda yaratdığını bilirdinizmi?
1938-ci il noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürkün vəfatı təkcə Türkiyədə deyil, bütün dünyada böyük kədərlə qarşılandı. Bu xəbər bir çox ölkədə bayraqların yarıyadək endirilməsinə, bir aylıq milli matəm elan edilməsinə, bəzi ölkələrdə məktəblərin bağlanmasına səbəb olub. Atatürkün ölümü keçmişdə Türkiyəyə düşmən olan ölkələrdə belə kədərlə qarşılandı.
Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin xarici siyasətini milli suverenlik, ölkədə sülh, dünyada sülh prinsipləri əsasında qurmuş, digər dövlətlərlə dostluq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur. Cümhuriyyət elan edildikdən sonra Atatürkün ölümünədək bir çox dövlət xadimi Türkiyəyə səfər etmişlər. Hətta onu şəxsən tanımayan ölkələr də onun rəhbərliyi altında Türkiyənin yüksəlişini yüksək qiymətləndirirdilər. Bu səbəbdən onun ölüm xəbəri bütün dünya qəzetlərinin ilk səhifələrində elan edildi. Dövlət adamları, ziyalılar Atatürkün itkisi ilə bağlı mətbuata açıqlamalar veriblər. Bu açıqlamalardan bəzilərini təqdim edirik:
1928-ci ildə Türkiyəyə səfər edən və Atatürklə tanış olan Əfqanıstan kralı Əmanullah Xan kədərini bu sözlərlə ifadə edib: “Atatürk təkcə Türkiyənin deyil, bütün şərq dünyasının Atası idi''.
İkinci Dünya Müharibəsinin ayaq səslərinin eşidildiyi dövrdə alman tarixçisi professor Herbert Melziq deyib: “Əzab çəkən dünyada sülh və rifahı yenidən bərqərar etmək, bəşəriyyətin təkcə maddi deyil, həm də mənəvi inkişafını təmin etmək istəyənlər Atatürkün iman bəxş edən və istiqamətləndirici hidayətindən nümunə və güc almalıdırlar”.
1937-ci ildə Türkiyənin Qurtuluş Savaşının uğurlu olacağına şübhəsi olmayan yunan generalı Metaksas Ankaraya gəldiyi zaman “Türk xalqının şanlı rəhbəri” kimi xarakterizə etdiyi Mustafa Kamal Atatürklə görüşüb. Atatürk vəfat etdikdən sonra Metaksas deyib: “O, yalnız böyük şəxsiyyət deyil, həm də böyük sülh adamıdır. Onun Türkiyə Cumhuriyyətini qurmaq üçün göstərdiyi səylər əsrlər boyu unudulmayacaq''.
İngiltərənin “Times” qəzeti Atatürk haqqında dərc etdiyi məqalədə bu ifadələrə yer verib: “O, səltənətə əhəmiyyət verməyərək orduların dayağı olan Anadolu fermerlərinə böyük əhəmiyyət verdi''.
İranın ''Tehran'' qəzetinin isə Atatürk haqqında dərc etdiyi yazıda deyilir: "Atatürk kimi dahilər yalnız zahiri görkəmlə ölürlər. Lakin onlar gördükləri işlərlə daim yaşayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Kəlbəcər: Zəfərdən dirçəlişə uzanan yol - MƏQALƏ
Siyasət 10:15Türkiyədə 407 sayta giriş bloklandı- QƏRAR
Dünya 05:04Türkiyəli aktyor "Şapkacı kadınlar"a çəkilir
Şou-Biznes 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



