Kiyevdə rus dilində danışan taksi sürücüsü işdən uzaqlaşdırılıb

Kiyevdə rus dili qalmaqalından sonra işdən qovulan taksi sürücüsü ona dəstək olanlara təşəkkür edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Strana.ua” yazır.

...Bu hadisəyə münasibət bildirən bütün qayğıkeş insanlara çox sağ olun deyirəm. Bundan əlavə mənə nifrət edənlərin və təxribatçıların yazılarının altına şərh yazanların cəsarətinə görə, evdə oturub mənə mənəvi dəstək olanlara təşəkkür edirəm.

Deməli oktyabrın 26-da Kiyevdə iki sərnişinlə bağlı qalmaqal baş verib. Belə ki, sərnişin olan qadınlar taksi sürücüsünü Ukrayna dilinə keçmədiyinə görə danlamağa başlayıblar. Kiçik bir mübahisədən sonra kişi onu incidən qadınları daşıdıqları çiçək və bitkilərlə birlikdə yerə atdı.

Bunun videosu (yəqin qadınlar çəkiblər-A.B) qısa zamanda internetdə yayılıb.

Və taksi şirkəti öz işçisini işdən uzaqlaşdırıb.

Yeri gəlmişkən rus saytlarının yazdığına görə, Ukraynada rus dilindən istifadədən narazı olanlarla oxşar hallar çox tez-tez baş verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə