Pandemiya dövründə geniş vüsət alan ''Gig iqtisadiyyatı'' bu gün də sürətlə inkişaf etməyə davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, frilanserlərə imkanlar təqdim edən gig iqtisadiyyatının mənfi cəhətləri də var.
''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində "Gig iqtisadiyyatı" haqqında danışacağıq.
Texnalogiyanın sürətli inkişafı ''Gig'' deyilən çalışma modelini də özü ilə gətirdi.
Xüsusilə pandemiya dövründə sürətlə inkişaf edən Gig iqtisadiyyatı qloballaşan dünyada böyüməyə davam etdiyi üçün demək olar ki, hər yaşda olan insanlara sabit və ya əlavə gəlir əldə etməyə imkan verir.
Frilans iş imkanı təqdim edən bu modelin həm müsbət, həm də mənfi cəhətləri var.
Bəs gündən-günə inkişaf etməyə davam edən bu iqtisadi model tam olaraq nədir?
''Gig iqtisadiyyatı''nın üstünlükləri vә mənfi cəhətləri nələrdir?
''Gig'' musiqi sənayəsindən bir termindir və ''qısamüddətli iş'' deməkdir.
İqtisadi mənada isə işçilər üçün müvəqqəti iş və ya məşğulluq iqtisadiyyatı olaraq adlandırılır. Xüsusilə pandemiya dövründə işçilərin diqqətini cəlb edən gig iqtisadiyyatı günümüzdə də sürətlə inkişaf etməyə davam edir.
Frilans iş imkanı təqdim edən bu modelin həm müsbət, həm də mənfi cəhətləri var.
Həmkarlar ittifaqı hüququndan məhrum edilmiş və ya daimi gəliri olmayan işçilər üçün işəgötürənlə təkbaşına məşğul olmaq təhlükəli proses kimi görünə bilər.
Amma digər tərəfdən bu, həm də fürsət kimi görünür. Frilans iş modeli işçinin yeni iş imkanı ilə maraqlanmasına, xüsusilə rəqəmsal platformalarda özünə yeni iş tapmaq imkanı verən bir iqtisadiyyat modeli olaraq qiymətləndirilə bilər.
Ən mühüm amil qənaətdir.
Xüsusilə böyük şirkətlər artan tələbləri qarşılamaq və vaxta qənaət etmək üçün gig iqtisadiyyatından qidalanan frilans iş modelinə istiqamətlənməyə davam edir.
Bir işçini işə götürəndə və onun tam iş günü maaşını ödədikdə, onların xərcləri ilə birlikdə yüksək xərcləri də olur. Ancaq onu gündəlik və ya aylıq 5 saat işlətdikdə, bu, daha ucuza başa gəlir. Hal-hazırda şirkətlərin öz daxilində daim işləyən, eləcə də onların və müştərilərinin bəzi ehtiyaclarını frilanserlərdən təmin edən komandaları var.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Kəlbəcər: Zəfərdən dirçəlişə uzanan yol - MƏQALƏ
Siyasət 10:15Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



