Tarixin ən yaşlı iti olaraq Ginnesin Rekordlar Kitabına düşən Bobi adlı it Portuqaliyada 31 yaşında ölüb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Rekordlar Kitabının saytında dərc olunmuş məlumatda deyilir.

Deyilənlərə görə, Bobi 31 il 165 gün yaşayıb. O, oktyabrın 21-də ömrü boyu Kosta ailəsi ilə birlikdə yaşadığı Portuqaliyanın Kokeiros kəndindəki evində ölüb.

Xatırladaq ki, Bobi bu ilin fevral ayında Ginnesin Rekordlar Kitabına düşüb, o zaman itin 30-dan bir az çox yaşı var idi. Onun yaşı Leiria bələdiyyəsinin baytarlıq xidmətinin qeydləri və dövlət baytarlıq məlumat bazası ilə də təsdiqlənir.

O da qeyd edilir ki, Bobi cinsindən olan itlər adətən 12-14 ildən çox yaşamırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə