Rusiyalı bloqqer Rusiya üçün darıxıbmış..?

Rusiyalı “TikTok” bloqçusu Anya Pokrov ABŞ-dan Rusiyaya qayıtmaq qərarının səbəbini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “YesNoYes” YouTube kanalına verdiyi müsahibədə xarici ölkədə yaşamağın onun üçün çətin olduğunu etiraf edib.

...ABŞ-da həqiqətən hiss etdim ki, emosional olaraq mənim üçün çox çətindir. Bu, özümə inanmadığım üçün deyil, Amerika şou-biznesinin məni qəbul etmədiyi üçün deyil, sadəcə olaraq, mən xəyalımdan vaz keçdim.

Bunu deyən bloqqer qeyd edib ki, Rusiyada onun ailəsi, yaxın adamları, mənzili, işi var. Ona görə də bir anda oturub düşündüm: "Niyə mən indi Yerin o biri tərəfindəyəm? Burada nə edirəm? Mən burada nəyi unutmuşam?

Xatırladaq ki, bir müddət bundan əvvəl Anya Pokrov Los-Ancelesi Rusiyanın (?) Soçi şəhəri ilə müqayisə etmişdi.

...Düzünü desəm, mənim üçün Los Anceles bir növ kənddir. Bu, Soçidən də pisdir. Çünki orada heç bir iş yoxdur.

Yeri gəlmişkən xatırladım ki, o vaxt Pokrov Rusiyanı Qazaxıstandan keçməklə tərk etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə