Dünya tarixini və siyasətini formalaşdıran üç imperiyanın paytaxtı
8500 illik bir tarixi olan şəhərə yaxınlaşırıq. Bu şəhər yüz illərdir müharibələrə, sülhə və mühasirələrə səhnə olub. O qədər önəmlidir ki, dünya tarixində bu şəhərin fəthi ilə bir dövr başa çatır və yeni bir dövr başlayır. İki qitənin yeganə şəhəri: İstanbul.
Bu şəhərdə saysız-hesabsız insan yaşayıb, ticarətin ürəyi bir müddət burada döyünüb, limanlarına saysız-hesabsız gəmilər yanaşıb. Üç böyük imperiyanın paytaxtı olub və imperiyanın saraylarında çoxlu intriqalar olub və macəralar baş verib. Şairlərin, yazıçıların, rəssamların, siyasətçilərin və səyyahların həmişə diqqət mərkəzindəki şəhər olub!
Bəlkə İstanbul haqqında indiyə qədər milyonlarla sözlər deyilib, bundan sonra da deyiləcək. Çünki İstanbul sadəcə təsvir etməklə anladıla biləcək bir şəhər deyil. İstanbul saysız-hesabsız insanın min illər boyu onun gözəlliyinə heyran qalaraq orada məskunlaşdığı, bəlkə daha yaxşı bir həyat arzusuna gəldiyi, ya da bəlkə də həyatın içinə qərq olduğu, gözəlliyi qarşısında özünü itirdiyi möhtəşəm bir şəhərdir!
İstanbul dünya tarixini və siyasətini formalaşdıran üç imperiyanın paytaxtıdır: Roma, Bizans və Osmanlı. İstanbulu başa düşmək üçün onunla nəfəs almaq, gecə-gündüz, yayına və qışa şahid olmaq və sürprizlərlə dolu bu şəhəri addım-addım kəşf etmək lazımdır!
İstanbul müxtəlif zamanların ruhunu daşıyır və bəlkə də buna görə insanları özünə çəkir. İstanbul öz izdihamı, təlaşı və təzadları ilə gündə iyirmi dörd saat insanı özünə valeh edir və yaşayır! Dünyada gündə iyirmi dörd saat gözünü qırpmayan neçə şəhəri saya bilərsiniz?
Ədviyyat ətrinin yayıldığı, rəngarəng xalçaların və zinət əşyalarının göz qırpdığı əslinə uyğun bazarlar, nəfəs kəsən mənzərələr, yeddi təpə və Boğaz... İki tərəfi çinar və erguvan ağacları ilə örtülmüş Boğaziçi... Qürurla dayanan Qız qalası Boğazın ortasında! Adalar turu, həm Asiya, həm də Avropa tərəflərinin möhtəşəm mənzərələrini seyr etmək... Qarşı sahilə çatmağa tələsən insanlar, başınızın üstündə uçan qağayılar və dənizin ətri!
Türk ədəbiyyatının ustad yazıçısı Əhməd Həmdi Tanpınar deyir ki, “Hər İstanbullu bir az da şairdir”. O, şəhərin sehrindən, insanların təsəvvürünə təsirindən danışır. Təbii ki, təkcə o deyil, dünya ədəbiyyatının önəmli şəxsiyyətləri Dostoyevski, Edmondo De Amiçis, Pier Loti, Aqatha Kristi, Heminquey və bir çox başqa yazıçılar öz əsərlərində İstanbulu təsvir ediblər. Çünki İstanbul xəyal şəhəridir. Taxta evlərin yerləşdiyi köhnə məhəllələr, dənizlə bitən dar və təpəlik küçələr, kiçik bir boşluqdan görünən Boğazın mavi suları... Sanki bir sehrli əl uzanıb sizi şəhərin xaosundan çıxarır, o mavi dənizlərdə qoyur və bütün kədərlərini unutdurur. İstanbulun öz cazibəsi var. Gözlənilməz bir anda qarşınıza gözlənilməz bir yer çıxır və ağlınıza bir xatirə gəlir. Hardan gəldiyini bilmədiyin bir melodiya sənə nəyisə xatırladır, başqa bir zamanın pərdələri açılır. O zaman İstanbulu yaşamağa başlayırsan.
İstanbul insanları hər cəhətdən təəccübləndirən və valeh edən əfsanəvi bir şəhərdir. Həm keçmiş zamanların, həm də bu günün hekayəsini pıçıldayır, həm Asiya, həm də Avropadır bu şəhər. Demək olar ki, tamamilə açıq səma altında muzeydir. İstanbulda bizi saraylar, dini binalar, muzeylər, məhəllələr, parklar, bu şəhərdə iz qoyan insanlar və sadalaya bilməyəcəyimiz çox şeylər gözləyir.
Vaxtımız olsa İstanbuldan saatlarla danışardıq. Amma yenə də 8500 illik bu möhtəşəm şəhəri mərhələ-mərhələ gəzəcəyik, tarixi yarımadanı, bazarları, köhnə kitab satan mağazaları və əntiqə mağazaları birlikdə kəşf edəcəyik. Dənizdən İstanbula yaxınlaşdıqca yolumuzda İstanbulun gözəl körfəzlərini və kiçik qəsəbələrini görəcəyik.
İstanbuldan hər danışanda insan həyəcanlanır. Gəzib, gördüklərini bölüşmək istəyir. Bu qədim şəhəri hər gəzəndə, hər danışanda insan yeni şeylər öyrənir.
İndi İstanbulla vidalaşmaq vaxtıdır, dəniz suları üzərində günəşin batmasını seyr edərək yolumuza davam edək. Gələn yenə İstanbulda görüşənədək sağ olun.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Soçi soyunma otağından...ayıb olsun..?
Dünya 18:27Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Sosial 18:22Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib
Sosial 18:12İran Hörmüz boğazında Amerika PUA-sını vurdu
Dünya 17:55Yeni sədr kollektivə təqdim edildi
Sosial 17:48Dişləri sərt fırçalamaq olar?
Səhiyyə 17:22YAP Mərkəzi Aparatında görüş keçirilib
Siyasət 17:08Almaniya yenidən nasistlərin nəzarətinə keçir - TƏHLİL
Siyasət 15:58İrəvan Moskvaya etiraz edir
Siyasət 15:40Xroniki yorğunluğun səbəbləri nələrdir?
Səhiyyə 15:39Hədəflər reallığa çevrilir
Siyasət 15:34YAP ölkəmizin inkişafında müstəsna rol oynayır
Siyasət 15:31Media və Yayım Şurasına sədr təyin edilib - SƏRƏNCAM
Sosial 14:07Rusiyanın müharibə xərcləri yeni rekorda çatıb
Siyasət 13:51Vitkov Kiyev və Moskvadakı danışıqlar barədə...
Dünya 13:31“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi – FOTOLAR
Texnologiya 12:20Ukraynanın Baş prokuroru istefa verdi
Dünya 06:05Rusiyada iki təyyarə toqquşub
Dünya 03:04Xırdalanda yanğın olub
Hadisə 02:22Azərbaycanda şəhid anası vəfat edib
Sosial 02:03Bu gün 2 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 01:22Türkiyədə ağır yol qəzası - 4 ölü, 8 yaralı...
Dünya 01:03"Neftçi" yeni hücumçu transfer edib
İdman 7 Sentyabr 23:31Sumqayıtda 4 maşın toqquşub - 5 yaralı var
Hadisə 7 Sentyabr 23:18Messi və Ronaldo eyni komandada ?
İdman 7 Sentyabr 22:37Trampdan qalmaqallı PAYLAŞIM -bu üç ölkəni ABŞ-a "qatdı"...
Dünya 7 Sentyabr 22:18YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib
Siyasət 7 Sentyabr 22:03YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
Siyasət 7 Sentyabr 21:59Rifah və əhval-ruhiyyəni yaxşılaşdırmağın qeyri-aşkar yolu kəşf edilib...
Sosial 7 Sentyabr 21:51Zəfər yolunda inamla irəliləyirik
Siyasət 7 Sentyabr 21:48“Gücümüz birliyimizdədir!”
Siyasət 7 Sentyabr 21:40YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir
Siyasət 7 Sentyabr 21:292026-cı ilin ən etibarlı dörd avtomobil modeli açıqlanıb...
Texnologiya 7 Sentyabr 21:28Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır
Siyasət 7 Sentyabr 21:17UFW SS’27: TONiA qadınların azadlıq dövrünə qayıdır...
Dəb 7 Sentyabr 21:06YAP ölkəmizə bundan sonra da mühüm uğurlar qazandırmaq əzmindədir
Siyasət 7 Sentyabr 20:58Gənclik illərində harada yaşamağınız ürək sağlamlığına təsir edir...
Səhiyyə 7 Sentyabr 20:51“Hərbi Dəniz Qüvvələrimiz sürətli inkişaf tempi və peşəkarlığına görə dünyada qabaqcıl yer tutur”
Siyasət 7 Sentyabr 20:49Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib
Siyasət 7 Sentyabr 20:44ABŞ Ukraynanın “Starlink”-dən istifadə etməsinə icazə verə bilər
Dünya 7 Sentyabr 20:28Binəqədidə yarımtikilidə yanğın olub
Hadisə 7 Sentyabr 20:14Alzheimer xəstəliyi ilk simptomlardan yeddi il əvvəl aşkar edilib...
Səhiyyə 7 Sentyabr 20:06Yenə də yan keçdi.?!
Dünya 7 Sentyabr 19:49Cəlilabadda güclü külək nəticəsində ağac maşının üstünə aşıb
Hadisə 7 Sentyabr 19:37Z-yazıçısı Prilepinin sözləri ruslar üçün soyuq bir duş kimi gəldi...
Dünya 7 Sentyabr 19:27Ukraynadakı müharibənin əsas səbəbi Putinin özü və onun qərarlarıdır
Siyasət 7 Sentyabr 19:06Yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açacaq
Siyasət 7 Sentyabr 18:56“Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib
Sosial 7 Sentyabr 18:54Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
İqtisadiyyat 7 Sentyabr 18:51Qazaxıstan fərari ruslardan qazanc əldə etməyin yolunu tapıb...
Dünya 7 Sentyabr 18:49Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir
Siyasət 7 Sentyabr 18:47Özəl xəbərlər
Digər xəbərlərİran Hörmüz boğazında Amerika PUA-sını vurdu
Dünya 17:55Dişləri sərt fırçalamaq olar?
Səhiyyə 17:22
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



