Hansı rus sənətçilərinin İsrail vətəndaşlığı var?

Bu gün bəzi(?) rus sənətçilərinin ikili, yəni əksəriyyətinin İsrail və Rusiya vətəndaşlığı var.

Təbii ki, bunu gizlədənlərlə yanaşı, ikinci pasportu haqqında açıq danışanlar da var.

SİA-nın əldə etdiyi məlumata görə, NEWS.ru rusiyalı sənətçilərdən hansının İsrail vətəndaşlığına malik olduğunu öyrənib.

Beləliklə, komediya ustası Efim Şifrin yəhudi köklərindən həmişə açıq danışıb. Deyilənlərə görə, sənətçi 2017-ci ildə İsrail pasportu alıb. Amma xüsusi əməliyyat başlayandan sonra da o, Rusiyada qalıb.

Xüsusi əməliyyat başlayandan sonra İsrailə qaçan Alla Puqaçova və Maksim Qalkin də İsrail pasportlarının sahibi olublar.

Jurnalist Kseniya Sobçak ikinci vətəndaşlığını uzun müddət gizlədib. Lakin onun keçmiş dostu Tina Kandelaki İsrail pasportunun şəklini dərc edərək jurnalistin sirrini açıb.

Maksim Vitorqan və övladları da İsrail pasportu alıblar. Bundan əlavə, Andrey Makareviç, Leonid Parfenov və İvan Urqantın İsrail vətəndaşlığı alması ilə bağlı xəbərlər yayılıb. Ancaq bu məlumatda təsdiqlənməmiş olaraq qalır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə