Avtomobil sahiblərinə dərs vermək istəyib və...

Belarusun Mozır şəhərində bir nəfər qanunsuz parklamaya görə sürücüləri cəzalandırmaq qərarına gəlib və bir gecədə park edilmiş 11 avtomobilin təkərlərini deşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə təfərrüatlar Dövlət Məhkəmə Ekspertizası Komitəsinin Qomel vilayəti üzrə şöbəsindən verilib.

Belə ki, bir müddət bundan əvvəl səhər saatlarında avtomobil sahibləri polisə müraciət edərək, gecə saatlarında naməlum şəxsin onların saxladıqları avtomobillərin təkərlərini deşdiyini bildiriblər.

İstintaqçılar avtomobillərdən birinin yaxınlığında ayaqqabıdan ayaq izi tapıblar. Və tezliklə mikrorayon sakinlərindən birini analoji ayaqqabıları müayinə üçün götürülüb.

Məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, ayaqqabının alt hissəsinin izini şübhəli bilinən şəxsin çəkməsi buraxıb.

Sübutlar təqdim edildikdən sonra 1977-ci il təvəllüdlü Mozır sakini törətdiyi cinayəti etiraf edib. O, həmin gecə sərxoş olduğunu və avtomobillərin qanunsuz saxlandığını eləcə də avtomobil sahiblərinə dərs olsun deyə təkərləri kəsdiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə