Alimlər doğum tarixi ilə gözlənilən ömür arasında əlaqə tapıblar
...Amerikalı alimlər heyrətamiz bir nəticəyə gəliblər. Məlum olub ki, doğum ayı insanın ömür uzunluğuna, eləcə də müxtəlif xəstəliklərə təsir edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu məsələlərlə bağlı elmi məqalə Royal Society Open Science jurnalında dərc olunub.
Beləliklə, alimlər müəyyən ediblər ki, payızda doğulan insanlar daha uzun ömürlü olurlar. Amma yazda doğulanların bəxti gətirmir. Belə ki, onların göstəriciləri payızda doğulanlardan 40 faiz azdır.
Təəccüblüdür ki, xəstəliklər ilin vaxtından da asılı ola bilər. Məsələn, yayda doğulan insanlar miopiya və allergiyadan daha çox əziyyət çəkirlər.
Qışda doğulanlar isə şizofreniya xəstələridir. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, nikbinlik uzunömürlü olmağa kömək edir.
Ancaq pessimistlərdə hər şey tam əksinədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB