Misirdə 5000 illik şərabın olduğu məzar tapılıb

...Ən qədim spirtli içki bu yaxınlarda Misirdə tapılıb.

Belə ki, məzarların birində arxeoloqlar 5000 illik şərab ehtiyatını aşkar etdilər.

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, bu yaxınlarda Misirin Sohaq əyalətində qeyri-adi məzar qazılıb. Alman, Avstriya və yerli arxeoloqlar Kraliça Merneitin (Erkən Krallığın 1-ci sülaləsi) məqbərəsində toxunulmamış şərab zirzəmisi aşkar ediblər.

Qeyd edək ki, söhbət təxminən 5 min il əvvəl üzümdən hazırlanmış qədim spirtli içki olan bir neçə yüz möhürlənmiş gil qabdan gedir.

Təbii ki, bu müddət ərzində Misir şərabı quruyub. Amma tapılan gil qablardakıların şərab olduğu dəqiqdir.

Qeyd edək ki, arxeoloqlar alkoqolun qədimliyini bərpa etmək və heç olmasa bir balaca dadmağın mümkün olub-olmaması barədə heç bir məlumat verməyiblər.

Onu da qeyd edək ki, qəbirdəki yazılardan birində dəfn edilmiş qadının qədim Misir hökumətinin işinə nəzarət etdiyi bildirilir.

Məzardan bir qədər aralıda Kraliça Merneitin kənizlərinin və saray zadəganlarının qəbirləri tapılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə