Vladimir şəhərində “Starodvorskie Sosisages” QSC-nin “Slivuşki” markalı kolbasalarında siçovul caynaqları aşkar edilib.
“İzvestiya” bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun sentyabrın 19-da müəssisəyə yazılı xəbərdarlığına istinadən məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rospotrebnadzor yanında İctimai Şuranın sədr müavini Oleq Pavlov vəziyyəti şərh edərək, istehsal yoxlamalarına moratoriumun tətbiqi fonunda bəzi müəssisələrdə nəzarətin zəiflətdiyini bildirib.
Onun dediyinə görə, bunun nəticəsində məhsullarda təkcə keyfiyyətsiz xammal deyil, həm də plastik, heyvan və ya həşəratlar da ola bilər.
Ekspertin fikrincə kolbasadakı siçovulların dırnaqları, istehsalçının iş zamanı təhlükəsizlik qaydalarına riayət etməkdə böyük problemləri olduğunu göstərir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə