Gərək ki, bizlərdə buna ”elə bəhanə axtarırmış ki...” deyirlər
Deməli Çin sakini köhnə smartfonu xarab olmuş atasına yeni iPhone 15 Pro Max alıb.
Və bundan xəbər tutan arvad qəzəblənərək ərinə gündə arvadına 15 hədiyyə edən kişilərin fotoşəkillərini göstərib.
SİA-nın əldə etdiyi məlumata görə, çinli kişinin reaksiyası incimiş arvad üçün gözlənilməz olub. Belə ki, o, arvadı boşamaq üçün məhkəməyə müraciət edib.
Hətta qadının getməyə yeri olmadığı barədə sözləri belə kişini fikrindən döndərməyib.
Beləliklə, kişi işdə olduğu ərəfədə arvadın atasına lazımınca baxmadığını da əsas kimi gətirib.
Belə ki, kişinin dediyinə görə, o arvadının onun atasına qarşı bu münasibətdən həmişə narahat olduğunu deyib. iPhone ilə münaqişə həyat yoldaşları arasında münasibətlərə son qoyub.
Maraqlıdır ki, çinli kişi hadisələrin bu məcrada davam etdiyinə sevindiyini də etiraf edib.
Gərək ki, bizlərdə buna ”elə bəhanə axtarırmış ki...” deyirlər
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə