213 metr dərinlikdə inanılmaz kəşf baş verib

Yerin 213 metr altında inanılmaz kəşf baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kəşfiyyatçılar yerin 213 metr dərinliyində nəhəng bir mağaranın içərisində əvvəllər insanlar tərəfindən görülməmiş, süd axıntısı görünən "bakirə" hovuz tapıblar.

ABŞ-ın Nyu-Meksiko ştatındakı Karlsbad Caverns Milli Parkındakı park işçiləri ürküdücü mavi hovuzu "gözəl mənzərə" adlandıraraq, tapıntının "tamamilə toxunulmaz" olduğunu bildiriblər. Hovuz ağ buzlu qayalarla əhatə olunub və su buludlu görünür. Bu, optik illüziyadır və su əslində kristal kimi təmizdir.

Hovuzun dibindəki kənarlar, insan iştirakı olmadan tamamilə inkişaf edən bakteriyaların koloniyaları ola biləcək "hovuz barmaqları" kimi görünür.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə