Şimali Koreyaya gedən azsaylı turistlərdən amerikanlaşma riskinə görə bu ölkədə mavi cins şalvar geyinməmək tələb olunur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bloger Natalia Anstal yazır.
...Bundan əlavə, təxribatçı geyinmək və ya bu cür davranış nümayiş etdirmək tövsiyə edilmir. Buraya parlaq rəngli saçlar və ya pirsinqlər də daxildir.
Bu ölkədə “qonşu” Cənubi Koreyada istehsal olunan televiziya seriallarına və ya filmlərinə baxdığınız üçün sizi 5 ildən 15 ilədək həbs cəzası gözləyir.
Bundan da əlavə bu ölkədə müəyyən kitabların idxalına qadağa qoyulub, siz özünüzlə hansısa kitab gətirirsinizsə, onun qadağaya məruz qalıb-qalmadığını yoxlamaq lazımdır. ...Yenə də bu ölkədə xarici müəlliflərin Şimalı və Cənubi Koreya haqqında kitabları qadağan edilib.
Qeyd edək ki, Şimalı Koreyada əcnəbi turistlərə bir çox obyekt və tikililərin fotoşəklini çəkmək qadağandır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə