"“Medinex -2022” sərgisi ötən illərdən daha maraqlı olacaq" - QURUM RƏSMİSİ DANIŞDI

"2020-ci illə müqayisədə bu il “Medinex -2022” sərgisinin ekspozisiyası və işgüzar proqramı təqdim olunan məhsul və xidmətlərin çeşidliliyi artıb". Bu sözləri SİA-ya açıqlamasında "TƏBİB"in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, iştirak edən ölkələrin və şirkətlərin sayında artım müşahidə olunur: "Bundan əlavə bu il sərgi daha innovativ və nano texnologiyaların təqdim edildiyi platformaya çevrilib. Qeyd edim ki, sərginin işgüzar proqramının da zənginləşib və səhiyyənin aktual problemləri müzakirə olunacaq. Bu mövzular ətrafında da hər hansı bir yekun nəticələrin əldə olunmasına səy göstəriləcək. Ölkəmizdə sərgi tendensiyası artıq bir necə ildir formalaşıb. Həqiqətən də xüsusi ziyarətçi axını var. Bura sahəsinin peşəkarları ilə yanaşı ziyarətçilərdə axın edir. Bu da kifayət qədər zəngin və kolaritli olmasından aslıdır. Son zamanlar diqqət etsək görərik ki, sərgi təşkilatçıları əsasən hərtərəfli, əhatəli sərgi konsepsiyası ortaya qoymağa çalışırlar. Hesab edirəm ki, kifayət qədər ziyarətçi olacaq. Nəzərə alsaq ki, "TƏBİB"in tabeliyində kifayət qədər tibb müəsisələri fəaliyyət göstərir. Biz onların tibbi və qeyri-tibbi personalını sərgiyə cəlb etməyə çalışacağıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə